"Bu oyundan qələbə gözləyirdik. Əlimizdən gələni etdik, lakin qalib gələ bilmədik". Bu sözləri "Report"a açıqlamasında Azərbaycan millisinin kapitanı Kamran Ağayev UEFA Millətlər Liqasının II turunda səfərdə Malta yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
Ağayev maltalı futbolçuların ikinci hissədə vaxt uzatmağa çalışmalarına da münasibət bildirib: “Bütün idman növlərində bu cürdür. Zəif komanda belə edir. Problem özümüzdə oldu. Yəqin ki, göstərişləri lazımı şəkildə yerinə yetirmədik deyə, nəticə belə oldu”.
Qeyd edək ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi 2 xalla 3-cü pillədə qərarlaşıb. Kosovo 4 xalla 1-ci, Farer adaları 3 xalla 2-ci sıradadır. Sonuncu yerdəki Maltanın 1 xalı var.