U-17-nin heyətində dəyişiklik edilib

11 Sentyabr 2018 17:51 (UTC+04:00)

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. SİA-nın məlumatına görə, “Qarabağ”dan dəvət edilən Musa Qurbanlı və Tuhid Abdullazadə zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb. Əvəzində Kamal Kazımov (“Qəbələ”) toplanışa dəvət olunub.