XİN rəsmisi ÜST-nin yeni nümayəndəsini qəbul edib

11 Sentyabr 2018 16:36 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikası üzrə yeni nümayəndəsi dr. Hande Harmancını qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş əsnasında Hande Harmancı təyinatı ilə əlaqədar etimadnaməsini Pərvin Mirzəzadəyə təqdim edib.

O, fəaliyyəti dövründə Azərbaycanla ÜST arasında münasibətlərin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb.

P.Mirzəzadə H.Harmancıya gələcək fəaliyyətində uğurlar arzulayıb.