Bu günün hava proqnozu

8 Dekabr 2010 19:30 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya departamenti bu günə olan hava proqnozlarını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı ehtimal olunur.

Şimal küləyinin əsəcəyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında olan hava şəraitinə gəldikdə isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 4-8, gündüz 12-15, dağlarda gecə 2-6, gündüz 9-13 dərəcə isti təşkil edəcək.