Aktrisalar Ülviyyə Əliyeva və Xuraman Əlizadə bir araya gəliblər. SİA-ya bu haqda Ülviyyə xanımın özü açıqlama verib: "Xuraman xanımla birlikdə veriliş aparacaq. Proqram ARB telekanalında yayımlanacaq. Verilişin adı "Hüseynova bacıları" adlanacaq. "Soy" prodakşın tərəfindən hazırlanan layihə komediya janrındadır. Artıq prqramın hazırlıq işləri bitib. Veriliş bu aydan tamaşaçıların ixtiyarına veriləcək".
Ü.Əliyeva bəzi xəbər saytlarından da giləylənib: "Bəzi saytlar yazır ki, " "Keyxanım" "Toppuş bacı"nı Xuramana dəyişdi". Bu sözlərlə razılaşmıram. Çünki bildiyiniz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir. O, buna görə, bir az işlərinə fasilə verərək, müalicə olunur. Bəzi jurnalistlər belə xəbərlər yazıb, aktrisanın qəlibini qıra bilər. Xüsusi ilə qeyd edim ki, Tünzalə xanımı heç bir aktrisa əvəz edə bilməz. Çünki sözügedən xanımın mədəniyyət ailəmində öz yeri var. Onu da deyim ki, əməkdar artistlə hazırda münasibətlərimiz yaxşıdır, rəfiqəliyimiz davam edir".
Ülviyyə "Space" kanalında apardığı "Zəhmətkeş ulduzlar" proqramının bağlanmasında da söz açıb: "Space" kanalı mənim üçün doğma və əzizdir. Sözügedən kanalda 7 il çalışmışam. "Zəhmətkeş ulduzlar" verilişindən ayırlmağıma səbəb ailəmlə bağlıdır. Belə ki, bir müddət öncə subay idim. Gecə saatlarına qədər veriliş çəkirdik. Artıq evli xanım olduğum üçün ailəmdə narazıçılıq yaranmağa başlamışdı. Mən də buna görə doğma kanalımdan ayrılmaq məcburiyyətində qaldım. Amma o, layihəyə kimsə yenidən aparıcılıq edə bilər".
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)