“Nobellər və Bakı nefti” sərgisi Stokholmda- FOTO

8 Dekabr 2010 03:27 (UTC+04:00)
Dekabrın 8-də Stokholmda ənənəvi Nobel mükafatının təqdimetmə mərasimi ərəfəsində Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunan foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı olacaq. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib.

Məlumata görə, sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər bədii və rəqəmsal şəkildə nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, təşkilati dəstək Mədəniyyət və Turizm Nazirliyi, "Statoil-Abşeron" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.

Qeyd edək ki, sərginin Nobellərin vətəni Stokholmda nümayişi Nobellər Ailəsi Cəmiyyəti ilə Expo Org şirkətinin təşəbbüsü ilə həyata keçiriləcək. Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır