“Real"ın gəliri 750 milyon avroya çatıb!

7 Sentyabr 2018 22:16 (UTC+04:00)

İspaniyanın Birinci Futbol Liqasında (La Liqa) çıxış edən “Real”ın 2017-2018-ci il mövsümündəki gəliri 750,9 milyon avroya çatıb. Anadolu agentliyi xəbər verir ki, Madrid “Real”ının ötən mövsümlə bağlı dərc etdiyi maliyyə hesabatına əsasən, klubun fəaliyyətindən gələn gəlirlər bundan öncəki mövsümlə müqayisədə 11,3 faiz artaraq 750,9 milyon avro təşkil edib.

Hesabata oyunçu transferlərindən əldə olunan qazanclar daxil edilməsə də, 76 milyon avroluq artım 2000-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Borcu olmayan paytaxt təmsilçisinin ardıcıl üçüncü dəfə mövsümü gəlirlə başa vurduğu bildirilir.