Böyük Britaniya "Skripal işi" ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək

5 Sentyabr 2018 22:05 (UTC+04:00)

Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının (TŞ) sentyabrın 6-da keçiriləcək iclasının gündəliyinə "Skripal işi"nin salınması üçün müraciət edəcək. “Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Krallığın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Karen Pirs məlumat verib.

"Biz Sergey Skripal və onun qızı Yuliyaya qarşı sui-qəsdlə bağlı TŞ-ni məlumatlandırmaq istəyirik", - o deyib.