"Mançester Yunayted"in futbolçusu cəzalandırıb

6 Sentyabr 2018 00:17 (UTC+04:00)

İngiltərə Futbol Assosiasiyası "Mançester Yunayted"in futbolçusu Markus Reşfordu cəzalandırıb. Britaniya mətbuatı yazır ki, İngiltərə Premyer Liqasının 4-cü turunda "Bernli" matçda etdiyi kobud hərəkət səbəbindən qırmızı vərəqə aldığı üçün üç oyun yaşıl meydanlardan uzaq qalacaq. Beləliklə, 20 yaşlı hücumçu ölkə çempionatında "Uatford", "Vulverhempton" və kubokda "Derbi Kaunti" ilə görüşləri buraxacaq.