Özbəkistan və Qazaxıstan milli komandaları III Dünya Köçəri Oyunlarının kok-boru üzrə yarışlarında öz qruplarında birinci yeri tutaraq yarımfinala vəsiqə qazanıblar. SİA-nın məlumatına görə, 12 komandanın 4 qrupda mübarizə apardığı yarışda qrupda ilk yerləri tutan komandalar yarımfinala çıxırlar.
Özbəkistan yığması birinci oyununda 19:1 hesabı ilə Başqırdıstan, ikinci oyununda 19:6 hesabı ilə Fransa komandasını məğlub edib.
Qazaxıstan millisi isə ilk matçında Krasnoyarsk (Rusiya) komandasına 15:3, ikinci qarşılaşmasında ABŞ komandasına 20:9 hesabı ilə qalib gəlib.
Daha əvvəl Qırğızıstan və Moskva (Rusiya) komandaları da yarımfinala çıxıblar.
Qeyd edək ki, Azərbaycanın tanınmış media orqanlarının rəhbərləri də Qırğızıstanda yarışları izləyirlər.
Qrupları nəzərinizə çatdırırıq:
A qrupu
Qırğızıstan
Altay
Monqolstan
B qrupu
Moskva (Rusiya)
Çin
Əfqanıstan
C qrupu
Qazaxıstan
ABŞ
Krasnoyarsk (Rusiya)
D Qrupu
Başqırdıstan
Fransa
Özbəkistan