Dövlətə xəyanət ittihamı ilə həbs olundular

5 Sentyabr 2018 14:38 (UTC+04:00)

BNS agentliyinin məlumatına görə, Estoniyanın Haryuk vilayət məhkəməsi baş prokurorluğun iddiası əsasında iki nəfəri dövlətə xəyanətdə şübhəli bilərək onların həbsi barədə qərar verib. SİA xəbər verir ki, bu barədə məlumatı ilk olaraq, Estoniya televiziyası və radiosunun ERR portalı yayıb.

Məlumata görə, iki nəfər Rusiya Federasiyasının Silahlı Qüvvələrinə məxsus Baş İdarəsi ilə əməkdaşlıq ediblər və dövlətə xəyanət ittihamı ilə nəzarət altına götürülüblər.

Rövşən RƏSULOV