Ayaz Quliyev "Rostov"da ayın futbolçusu seçilib

5 Sentyabr 2018 03:17 (UTC+04:00)

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın "Rostov" klubunda avqust ayının ən yaxşı oyunçusu seçilib. Rusiya klubunun saytında yer alan xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi azarkeşlər tərəfindən aparılan səsvermədə birinci olub.

Komandanın qapıçısı İlya Abayev ikinci, yarımmüdafiəçi Aleksey İnonov isə üçüncü sırada qərarlaşıb. Qeyd edək ki, əslən azərbaycanlı olan Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.