Futbol üzrə İngiltərə millisi növbəti ciddi itki ilə üzləşib. İngiltərə Futbol Federasiyasının saytında yer alan xəbərə görə, "Liverpul"un yarımmüdafiəçisi Adam Lallana yığmanın düşərgəsini tərk edib. O, zədəli olduğu üçün UEFA Millətlər Liqasında İspaniya ilə oyunu və İsveçrə ilə yoxlama görüşünü buraxacaq. Qeyd edək ki, bundan əvvəl Rahim Sterlinq zədə səbəbindən millinin düşərgəsini tərk edib.