"Qalatasaray" iştirak ərizəsini UEFA-ya təqdim edib

4 Sentyabr 2018 20:15 (UTC+04:00)

Türkiyəni 2018-2019 mövsümündə futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Qalatasaray" iştirak ərizəsini UEFA-ya təqdim edib. İstanbul klubunun rəsmi saytında yer alan xəbərə görə, komandanın baş məşqçisi Fatih Terim siyahıya 21 futbolçunun adını daxil edib.

Qapıçılar: Fernando Muslera, İsmail Çipe

Müdafiəçilər: Maykon, Sərdar Əziz, Ahmet Çalık, Martin Linnes, Ömər Bayram, Nagatomo

Yarımmüdafiəçilər: Səlçuk İnan, Yunes Belhanda, Rayan Donk, Papa Aliun Ndiaye, Əmrə Akbaba, Fernando, Sofyan Fequli, Harri Rodriqes

Hücumçular: Ərən Dərdiyok, Sinan Gümüş, Henri Onyekuru, Muğdat Çəlik

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında Moskva "Lokomotiv"i, "Şalke" və "Porto" ilə D qrupunda yer alıb.