“İlqar Məmmədov törətdiyi cinayətə görə həbs edilmişdi. Məhkəmə vaxtından əvvəl onun şərti cəza ilə əvəz eilməsi barədə qərar qəbul etdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, İlqar Məmmədov azad şəkildə düzgün hesab etdiyi siyasi fikirlərini ifadə edə bilər: “Əlbəttə əgər onun çağırışları, fəaliyyəti qanuna zidd olarsa, onda buna görə o yenidən cavab verməli olacaq. Belədə isə mövcud hakimiyyətə qarşı münasibətində, fikir sərgiləməsində tamamilə sərbəstdir. Azərbaycan demokratik ölkə olduğuna görə o istənilən mövqedən çıxış edə bilər. Onun xarici dairələrlə münasibətləri və yaxud da ki, kimin siyasi tapşırığını yerinə yetirməsini isə zaman göstərəcək”.
İNAM