“Kəpəz” “Turan Tovuz”u məğlub edib

4 Sentyabr 2018 10:07 (UTC+04:00)

I Divizionda yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Gəncə klubu səfərdə “Turan Tovuz”la qarşılaşıb. Qərb derbisi “sarı-göylər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqlardan qolları ikinci hissədə Məhərrəm Hüseynov, Eltac Mirzəyev və Elcan Rəhimov vurub.