Emin Hüseynovun yenə də erməni xəyanətkarlığı üzə çıxdı

3 Sentyabr 2018 19:01 (UTC+04:00)

Leyla Yunus, Xədicə İsmayıl kimi satqınları müdafiə edəndən başqa heç nə gözləmək olmaz

Zaman-zaman Azərbaycan dövlətinin əleyhinə çıxış edən və bu vasitədən maddi yardım əldə etmək üçün yararlanan xəyanətkarlar öz çirkin əməllərini davam etdirməkdədirlər. Çünki xəmirləri satılıb- satılmaqla yoğrulub. Belələrindən biri olan və hazırda İsveçrədə yaşayan Emin Hüseynov öz doğma vətəninə - Azərbaycana qarşı daima təxribatçı addım ataraq, ermənilərlə həmrəylik nümayiş etdirir. Bu, o satqın E.Hüseynovdur ki, Azərbaycan dövlətini daim tənqid edir və Ermənistanın işğalçı siyasətinə açıq dəstəyini bəyan edir: "Qarabağ müharibəsi zamanı erməni jurnalistlər öldürülüb. Bütün bunlara göz yummaq olmaz". Eyni zamanda, E.Hüseynov ermənipərəst hüquq müdafiəçiləri Leyla Yunus, Xədicə İsmiayıl və başqaları ilə əlbir olub, xarici jurnalistlər qarşısında ölkəmiz barədə mənfi rəy yaratmaq cəhdlərini hələ də davam etdirir. Erməni lobbisinin himayəsi altında fəaliyyət göstərən Almaniya, Fransa, Hollandiya, Norveç, ABŞ kimi ölkələrin "insan hüquqları" adı altında göstərən təşkilatları ilə, eləcə də, media nümayəndələri ilə təmaslar quran bu xəyanətkar aldığı pullar hesabına həyatını zənginləşdirəcəyini düşünür. Ancaq elə düşünə-düşünə qalır. Çünki...

Dünya gördü və şahidi oldu ki, belə tullantıların boşboğazlığı heç də reallığı əks etdirmir

Faktlara diqqət yetirmək kifayyətdir. Belə ki, bu amil özünü Azərbaycanda uğurla keçirilən I Avropa Oyunları ərəfəsində də göstərdi. Bir daha sübut olundu ki, E.Hüseynovun məqsədi heç də "siyasi məhbus", ya da bu kimi digər məsələləri Qərbə çatdırmaqdan ibarət deyil, onun əsas məqsədi həmin vasitələrdən istifadə edib, daha çox pul-para qazanmaqdır. Ancaq fakt budur ki, o və L.Yunus, X.İsmayıl kimi Vətən xainləri öz istəklərinə çatmağa nail olmadılar. Dünya gördü və şahidi oldu ki, belə tullantıların boşboğazlığı heç də reallığı əks etdirmir. E.Hüseynov kimi xəyanətkarın qorxaqlığı və quyruqbulayanlığı gec-tez özünü göstərdi. O, qorxaraq, İsveçrə səfirliyinə qaçdı. Bu, da azmış kimi, qondarma hüquq müdafiəçisi öz ərizəsi ilə Azərbaycan vətəndaşlığından imtina edərək, İsveçrə dövlətinə sığındı. Orada Azərbaycan əleyhinə tənqidi fikirlər səsləndirməsi isə E.Hüseynovun mövcudluq formasından kifayət qədər xəbər verdi .

Emin Hüseynov şərəfsizlik simvoludur

O, da sirr deyil ki, belə adamların əli hər şeydən üzüldüyü üçün daim öz dövlətlərini hədəf seçirlər ki, Qərbdəki ermənipərəst ağalarına xoş gəlsinlər. Bir faktı da, nəzərnizə çatdıraq ki, E.Hüseynov rəhbəri olduğu "RATİ"-nin maliyyələşməsində Ermənistanın Polşadakı səfiri Edqar Vardanyanın böyük rolu var. Belə ki, bir neçə il bundan öncə, "RATİ"-yə müxtəlif mənbələrdən ayrılmış 1 milyon 500 dollar "qrant" verilib. Elə bunun nəticəsidir ki, E.Hüseynov aldığı çirkli pulların müqabilində Azərbaycan dövləti haqqında qarayaxma kampaniyasını hələ də aparır. Bu, azmış kimi, erməni işğalına haqq qazandırır və guya Qarabağın ermənilərin dədə-baba torpağı olması haqqında sərsəm fikirlər ortaya qoyur. İsveçrədə oturub çörəyini yeyib-suyunu içdiyi Azərbaycanı qrantlara satan vətən xaini E.Hüseynovun nə milli, nə də ki, mənəvi hissi yoxdur. Onun "şərəfi" şərəfsizlik faktoru üzərində qurulduğuna görə, hətta imkanı olsa, öz doğmalarını belə bir qara qəpiyə satmış olar. Və təbii ki, onun qorxaraq qaçıb-sığındığı İsveçrədə əsl simasını, yəni simasızlığını növbəti dəfə nümayiş etdirərək, Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verməsi də deyilənləri kifayət qədər təsdiq edir. Onun acgözlüyü ilə tamahkarlığı, xəyanəti ilə ləyaqətsizliyi, necə deyərlər, bir-birini tamamlayır. Əslində, sapı özümüzdən olan, milli satqın E.Hüseynov kimi satqınların Azərbaycanda yaşamaması daha yaxşıdır. Ən azından, ölkəmizin havası dəyişilir...

Rəfiqə HÜSEYNOVA