Tomas Neveqrin Yeni ili Bakıda qarşılayacaq

7 Dekabr 2010 07:39 (UTC+04:00)
Danimarkanı "Eurovision-2010" müsabiqəsində təmsil edən Tomas Neveqrin yeni ili Azərbaycan vətəndaşları ilə qeyd edəcək. Belə ki, müğənni 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçılığını həyata keçirən "Tonica Production"dan SİA-ya verilən məlumata görə, artıq konsertlə bağlı müqavilə imzalanıb və danışıqlar aparılıb.

Tomas Neveqrin dekabrın 31-də "Buta Palace" səhnəsində Azərbaycandakı pərəstişkarları ilə birgə 2011-ci ili qarşılayacaq. Həmin gün sevilən hitlərin ifaçısı olan Tomas Neveqrinlə birgə bir neçə musiqiçinin və dj-in çıxış edəcəyi gözlənilir. Biletləri 200 manata satışa çıxarılan bayram konsertinin səhər saatlarına kimi davam edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, bu, müğənninin Azərbaycan səhnəsində ilk konserti deyil.