U-21-in oyununu maltalı hakimlər idarə edəcək

3 Sentyabr 2018 16:41 (UTC+04:00)

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 6-da, saat 21:00-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan - İsrail oyununu Maltadan olan hakimlər idarə edəcək. SİA hakimləri nəzərinizə çatdırır:

Baş hakim: Trustin Farrugia Cann
Baş hakimin köməkçiləri: Alan Camilleri, Luke Portelli
Dördüncü hakim: Malcolm Spiteri