Tərtər rayonunda yol qəzası baş verib

3 Sentyabr 2018 15:32 (UTC+04:00)

Tərtər rayonunda yol qəzası baş verib. DİN-dən SİA-ya verilən məlumata görə, hadisə rayonun Bayandurlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, sentyabrın 1-də Qazax rayon sakini Elman İsrafilov idarə etdiyi “Mersedes” markalı avtomobili aşırıb. Nəticədə E.İsrafilovun sərnişini, Göygöl rayon sakini Fərzəli Qasımov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Tərtər rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.