Respublikamızda heyvan mənşəli xəstəliklərə, o cümlədən bəşəriyyəti və ölkə əhalisini bu gün daha çox narahat edən "quş qripi" xəstəliyinə qarşı profilaktik mübarizənin gücləndirilməsi və bu sahədə yaranmış narahatlığa aydınlıq gətirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində "qaynar xətt" açılıb.
Qurumdan SİA-ya verilən xəbərə görə, bu xəttin yaradılmasının digər məqsədlərindən biri isə baş vermiş xəstəliklər haqqında dəqiq məlumatların toplanılması, onların qarşısının vaxtında alınması üçün qabaqlayıcı profilaktiki tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə səmərəli nəticələrin əldə edilməsidir.
563-50-06 nömrəli "qaynar xətt" hər gün saat 09.00-dan 18.00-dək heyvan xəstəlikləri, o cümlədən quş ölümləri ilə əlaqədar bütün zəngləri qəbul edir. Zəng edənlər dəqiq ünvanlarını, telefonlarını, ad və soyadlarını bildirməli, yerlərə çağırılmış baytar həkimini və mütəxəssisləri qarşılamalıdırlar.