Məleykə Əsədova qızı ilə Niaqarada FOTOLAR

31 Avqust 2018 12:30 (UTC+04:00)

Xalq artisti Məleykə Əsədova qızı ilə birgə Niaqaraya səfər edib. SİA-nın məlumatına görə, bu haqda ifaçı "İnstagram" səhifəsində xəbər verib. Belə ki, o, əcnəbi ölkədən övladı ilə birlikdə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşaraq, bu sözləri yazıb: "Bura Niaqaranın ən böyük şəlaləsidir. Sözügedən şəlalədə ilk dəfədir ki, oluram. Çox maraqlı və həyəcanlıdır".