ATƏT-in baş katibliyinə namizəd olan Çatsın Ərçini qurumun 56 ölkəsindən 25-i dəstəkləyib

6 Dekabr 2010 20:26 (UTC+04:00)

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibliyinə namizədliyi irəli sürülən Türkiyənin Braziliyadakı səfiri Çatsın Ərçini qurumun 56 ölkəsindən 25-i dəstəkləyib. SİA-nın xəbərinə görə, uğurun əldə olunamasına səbəb Qazaxıstanda 1-2 dekabrda reallaşan ATƏT liderlərinin zirvəsində Türkiyə prezidenti Abdulla Gülün quruma üzv ölkələrdən dəstək istəməsi olub.

 

Qeyd edək ki, ATƏT-in hazırda baş katibi olan Mark Perrin de Brişambonun vəzifə müddəti gələn ilin ortalarında bitir.