Bu gün rabitəçilərin peşə bayramıdır
6 Dekabr 2010 18:49 (UTC+04:00)
Bu gün rabitəçilərin peşə bayramıdır. SİA-nın məlumatına görə, peşə bayramının məhz 6 dekabrda qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci ildə Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə düşür. 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artıb, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilib.