Ronaldonun oğlu "Yuventus"da məşqlərə başlayıb

28 Avqust 2018 16:11 (UTC+04:00)

"Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldonun oğlu klubun akademiyasında məşqlərə başlayıb. SİA-nın məlumatına görə, Junior 9 yaşa qədər olan komanda ilə birgə hazırlıq keçir.

Ronaldo bir müddət əvvəl açıqlamasında 7 yaşlı oğlunun gələcəkdə futbolçu olmaq arzusunda olduğunu demişdi.