İşıqları söndürülmüş otaqda televizora baxmaq xüsusilə ziyandır. Televizor, planşet və smartfonların göy işığı gözlərin tor qişasına təsir göstərir və ona ziyan vurur. Bu zaman təkcə gözlərin quruluşu deyil, həm də əsəb qıcıqlanır. Nəticəni isə bu cümlə çox dəqiq ifadə edir: "Ah, gözlərim yorulub".
Alimlər apardığı araşdırmada müəyyən ediblər ki, qadjetlərlə (Smartfon, pleyer, planşet kompüterlər) heç olmasa yatmazdan 2 saat qalmış sağollaşmaq lazımdır. Bu zaman beyin başa düşür ki, gecə vaxtıdır, sizi keyfiyyətli və sağlam yuxuya hazırlaşdırır.