Sumqayıtda oğul atasını döyüb

22 Avqust 2018 03:05 (UTC+04:00)

Sumqayıt şəhərində 82 yaşlı kişi oğlu tərəfindən döyülüb. "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsinin "Beton zavod" adlanan ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1936-cı il təvəllüdlü Mahmud Müslüm oğlu Məmmədov öz oğlu tərəfindən döyülüb. Xəstəxanaya çatdırılan yaşlı kişinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.