Boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb

21 Avqust 2018 15:45 (UTC+04:00)

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər.

Nəticələr yaxın vaxtlarda DİM-in saytına yerləşdiriləcək.