Biləsuvarda yanğın olub

17 Avqust 2018 22:04 (UTC+04:00)

Biləsuvar rayonunun Ovçubərə kəndində ümumi sahəsi 108 kvadratmetr olan evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində birmərtəbəli dördotaqlı evin tavanı və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.