PSJ "Şalke"nin futbolçusunu transfer edib

16 Avqust 2018 16:18 (UTC+04:00)

"Şalke"nin futbolçusu Tilo Kererin PSJ-yə keçidi rəsmiləşib. SİA-nın məlumatına görə, 21 yaşlı müdafiəçi ilə 2023-cü il iyunun 30-na qədər müqavilə imzalanıb. Bu transfer üçün Paris təmsilçisi 37 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, T.Kerer ötən mövsüm "Şalke"də 59 matçda 4 qol vurub.