Ermənistanda un bahalaşdı

15 Avqust 2018 14:44 (UTC+04:00)

Ermənistanın ən çox çörək və digər məmulatlar istehsal edən sahibkarlarından biri "Qraparak" qəzetinə ölkədə unun bahalaşdığını deyib. SİA "Qraparak" nəşrinə istinadla xəbər verir ki, unun 50 kiloqramlıq çuvalı indi 1,5 dollar baha satılır.

Əgər əvvəllər Ermənistanın deputatı Samvel Aleksanyanın sahibi olduğu Baqramyan un zavodu unun 50 kiloluq çuvalını 21 dollara satırdısa, bu gün qiymət 22,5 dollardan satılır.