“Milan” Susonun təzminat qiymətini açıqlayıb

10 Avqust 2018 23:21 (UTC+04:00)

“Milan” “Roma” və “Napoli”nin maraq dairəsində olan Susonun təzminat qiymətini açıqlayıb. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “rossonyerlər” ispan futbolçunu 40 milyon avroya satmağa hazır olduqlarını bildirib. 24 yaşlı oyunçu özü də Milan şəhərinin eyniadlı təmsilçisini tərk etməkdə maraqlıdır.
Qeyd edək ki, “Roma” Susoya görə “Milan”a müəyyən miqdarda pul və yarımmüdafiəçi Dieqo Perottini təklif edib. Ancaq klub rəhbərliyi hələlik qarşı tərəfə cavab verməyib.