250 aviareys ləğv edilib

10 Avqust 2018 17:05 (UTC+04:00)

“Ryanair” aşağı büdcəli aviaşirkətin əməkdaşlarının tətili ilə əlaqədar Almaniyada 250 aviareys ləğv edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, pilotlar iş şərtlərinin yaxşılaşdırılması tələbi ilə tətilə başlayıb.

Bundan başqa, Belçikada da "Ryanair" əməkdaşları avqustun 10-a tətil elan edib.

Bu ölkədə 100-dən çox reysin ləğv olunacağı elan edilib.