Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

3 Dekabr 2010 01:23 (UTC+04:00)

Gədəbəy rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gədəbəy rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Qalakənd sakini Xəyyam Ələkbərov idarə etdiyi "VAZ 21 06"markalı avtomobili aşırıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən Sakit Alməmmədov yerindəcə keçinib. Natiq Aslanov və sürücü Xəyyam Ələkbərov isə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.