Hazırda avtomobil bazarında qiymətlərdə enmə müşahidə olunur. Bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynov bildirib ki, bir müddət bazarda qiymətlər süni şəkildə qalxmışdı və bu, bazar iştirakçılarını qane etmirdi: “Çünki yay aylarında bazarda qiymətlər ənənəvi olaraq aşağı düşür, lakin iyul ayı ərzində süni şişirdilmiş qiymət qalırdı. Ancaq son 1 həftədə qiymətlərdə enmə müşahidə olunur. Artıq iyul ayının sonu - avqust ayının əvvəli qiymətlər düşməyə başladı”.
Ekspertin sözlərinə görə, qiyməti 15 min manata qədər olan avtomobillərin qiyməti 12-20 faiz, dəyəri 15 min manatdan yuxarı olanlarda isə qiymət 10 faizə qədər azalıb. V.Hüseynov bildirib ki, hazırda bazarda durğunluq var, bu da onunla əlaqədardır ki, yay aylarında insanlar məzuniyyətə çıxır, bazarda tələb azalır.