"Bavariya"nın futbolçusu Cerom Boatenq "Mançester Yunayted"ə keçməkdən imtina edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Bildirilir ki, təcrübəli müdafiəçi Premyer Liqa klubunda oynamaq istəməyib. O, bu qərarı "Qırmızı şeytanlar"ın Çempionlar Liqasında uğur qazanmaq ehtimalının olmadığını düşündüyü üçün qəbul edib.
Daha əvvəl yayılan xəbərlərə görə, ALmaniya millisinin üzvü MY-yə keçməyə çox yaxın idi.