Bu ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçiriblər.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, reydlər zamanı 35 akt və protokol tərtib edilib və qanun pozucularından 4 ov tüfəngi götürülüb. Ekoloji qanunvericiliyin tələblərini pozanlara, ümumilikdə, 22 min 854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.