Lalə Məmmədovanı görənlər tanımadı FOTOLAR

7 Avqust 2018 11:21 (UTC+04:00)

Əməkdar artist Lalə Məmmədova görünüşündə bir xeyli dəyişiklik etdirib. SİA-nın məlumatına görə, müğənni saçlarını qısa kəsdirib və onları çəhrayı rəngə boyatdırıb.

Məmmədova yeni görünüşdə olan fotolarını "İnstagram" səhifəsində paylaşıb. İfaçı imicini yeni fotosessiyası üçün dəyişdiyini vurğulayıb. Onun görünüşü üzərində stilist Elnur Həsənov çalışıb.

Sənətçinin yeni imici izləyicilərini təəccübləndirib.