23 yaşlı futbolçu “Yuventus”dan getdi

7 Avqust 2018 01:17 (UTC+04:00)

“Fiorentina” heyətini yeni futbolçu ilə gücləndirib. Florensiya təmsilçisi “Yuventus”un hücumçusu Marko Pyaçanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Fiorentina” bir mövsümlük icarə üçün Turin klubuna 2 milyon avro ödəyəcək. Qeyd edək ki, Xorvatiya millisinin də üzvü olan 23 yaşlı futbolçu ötən mövsüm İtaliya A Seriyasında 14 oyuna çıxıb.