“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Marez əlaqədar tibbi müayinədən keçib. İngilis klubunun saytında yer alan məlumata görə, əlcəzairli futbolçunun zədəsinin ciddi olmadığı məlum olub. Beləliklə, Marez “Mançester Siti”nin “Çelsi” ilə oynayacağı Superkubok matçında meydana çıxa biləcək.