Sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb

22 İyul 2018 15:57 (UTC+04:00)
2018-ci ilin iyun ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz, sərnişindaşıma xidmətlərinin qiymətləri 1,5 faiz ucuzlaşıb. Yükdaşıma xidmətlərinin qiymətləri isə 1,2 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, ay ərzində poçt və kuryer, rabitə xidmətlərinin qiymətlərində dəyişiklik müşahidə olunmayıb.