Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub. SİA-nın verdiyi məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin bu ilin 6 ayında fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olması qeydə alınıb: "Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 119 770 halda 747 107 nəfər olub".
V.Hüseynov bildirib ki, hesabat dövründə 347 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: "Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir".
Onun sözlərinə görə, hesabat dövründə daimi yaşamaq üçün icazəsi verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb.