“Bozbash Pictures”in “Təzəgül”ü vəfat etdi

19 İyul 2018 09:25 (UTC+04:00)

“Bozbash Pictures”də “Təzəgül” obrazını canlandıran aktrisa Asya Abdullayeva vəfat edib. SİA-nın məlumatına görə, bu barədə aktyor İlkin Həsəni "İnstagram" səhifəsində yazıb: “Aldığım məlumata görə, komandamızın sevimlisi, Şəminin Təzəgülü, ətrafa pozitivlik saçan nənəmiz Asya xanım dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə, övlad və nəvələrinə baş sağlığı diləyirəm”.

Qeyd edək ki, aktrisanın yas mərasimi İmişlidə keçiriləcək.