Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasında təmsil olunan Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirlikləri ilə birgə Avropa Film Festivalı keçirəcək. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia mətbuat konfransında söyləyib. O, qeyd edib ki, Bakı şəhərində 10-16 dekabrda keçiriləcək Festival Aİ ölkələri və Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, kino sənəti vasitəsilə Avropa dəyərlərinin və mədəniyyətinin daha yaxşı qavranılmasına yönəlib.
R. Kobia bildirib ki, Avropa Film Festivalının proqramı çərçivəsində Azərbaycanda təmsil olunan 14 Avropa İttifaqı ölkələrindən olan filmlər nümayiş etdiriləcəkdir: "Filmlər Avropada müxtəlif ictimai təbəqələri narahat edən miqrasiya, işsizlik, bürokratiya, yaşlılıq kimi məsələlərdən başlayaraq qlobal istiləşməyədək olan ictimai və qlobal mövzulara toxunur".
Kobia vurğulayıb ki, festivalı açmaq şərəfinə beynəlxalq səviyyəli festivalların qalibi Belçika istehsalı olan "Hop" filmi layiq görülüb. Film 10 dekabr saat 20.00-da nümayiş etdiriləcək.
Avropa Film Festivalında təqdim olunan bütün fılmlər ingilis dilində, bir neçəsi isə Azərbaycan və rus dilində olan subtitrlərlə veriləcəkdir. Hər kəs üçün giriş pulsuzdur.
Festival Rotunda otağında, Landmark Biznes Mərkəzi, Nizami küç. 90A keçriləcəkdir. Avropa Film Festivah haqda əlavə məlumatı, fılmlərin cədvəli və müfəssəl informasiyanı Avropa İtlifaqı Nümayəndəliyinin İntcrnct səhifəsində www.delaze.ec.europa.eu əldə etmək olar.