FHN əməkdaşları 5 nəfəri xilas edib

16 İyul 2018 14:10 (UTC+04:00)

Bakı şəhərinin Nizami rayonunda 5 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

FHN-dən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.