Azərbaycanın güləşçi qızları Ukraynada 5 medal qazanıblar
29 Noyabr 2010 20:11 (UTC+04:00)
Güləş üzrə yeniyetmə qızlardan ibarət komandamız məşqçilər Mehman Nəcəfov və İsaməddin Hüseynovun başçılığı altında hazırlıqlarını Ukraynada davam etdirir. SİA-nın məlumatına görə, komanda üzvləri orada keçirilən beynəlxalq turnirdə öz qüvvələrini sınayıb və ümumilikdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Sahilə Ələkbərova (38 kq) qızıl, Arzu Əliyeva (46 kq) və Aytən Əliyeva (70 kq) gümüş, Solmaz Həşimzadə (49 kq) və Ramilə Quliyeva (56 kq) isə bürünc medala yiyələniblər.