Tarixin bu günü və ya bu günün tarixi

29 Noyabr 2010 19:17 (UTC+04:00)
- İngilis səyyah Frensis Dreyk dünya səyahətini başa vuraraq vətənə dönüb (1580)
- Rus əlifbasına yeni hərf - "Ё" əlavə edilib (1783)
- Barselona futbol klubu yaradılıb (1899)
- Azərbaycan İnqilab komitəsinin qərarı ilə kənd və nahiyə inqilab komitələri ləğv edilib, onların yerində kənd və nahiyə yoxsul komitələri yaradılıb (1920)
- XI Qızıl Ordu İrəvana daxil olub, Ermənistanda sovet hakimiyyəti qurulub (1920)
- Tutanxamonun mumiyasının ardından onun varidatı da aşkar edilib (1922)
- Amerikan təyyarəçi Riçard Bird ilk dəfə Cənub Qütbü üzərindən uçub (1929)
- SSRİ və Fransa hücum etməmək barədə pakt imzalayıblar (1932)
- Fransa prezidenti Jak Şirak anadan olub (1932)
- Yuqoslaviyada monarxiya federativ respublika ilə əvəz olunub (1945)
- Jurnalist, publisist, naşir, Bibliyanın tərcüməçisi Mirzə Xəzər anadan olub (1947)
- Fransa və İngiltərə səsdənsürətli mülki təyyarə (Concorde) istehsal etmək barədə müqavilə imzalayıblar (1962)
- Amerika hökuməti səfirlik əməkdaşlarının girov götürülməsinə görə İrandan Haaqa Məhkəməsinə şikayət edib (1979)
- BMT son bir ildə 300 000 efiopiyalının aclıqdan öldüyünü rəsmən açıqlayıb (1984)
- Haaqa məhkəməsi 1200 bosniyalının ölümündə iştirak etmiş əsgərə 10 il həbs cəzası verib (1996)