Salyan sakinindən 345 qram narkotik maddə tapılıb

13 İyul 2018 02:19 (UTC+04:00)

Salyan sakinindən narkotik vasitə aşkar edilərək götürülüb."Report"un Aran bürosu xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Natiq Namiq oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd polietilen torbada ümumi çəkisi 345 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.