Lənkəran Dövlət Dram Teatrı “Şeytanın oyunları”nı Türkiyədə nümayiş etdirəcək

29 Noyabr 2010 06:37 (UTC+04:00)

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək XV Beynəlxalq teatr festivalında iştirak edəcəkdir. SİA-nın xəbərinə görə, Lənkərandan qardaş ölkəyə gedəcək 23 nəfərlik teatr truppası festivalda macar drammaturqu Mikloşa Xubayevin "Şeytanın oyunları" tamaşasını oynayacaqdır.

Beynəlxalq festivalda Türkiyə, Rusiya, Xorvatiya, İran və Azərbaycandan 60-a yaxın dövlət, bələdiyyə və uçaq teatrları iştirak edəcəkdir.