GUAM turizm sənayesinin inkişafına ciddi əhəmiyyət verir

29 Noyabr 2010 05:36 (UTC+04:00)

Noyabrın 19-da Ukrayna mədəniyyət və turizm nazirinin müavini Yuri Artyomenko GUAM Katibliyinin proqram əlaqələndiricisi Səbuhi Temirovla görüşüb. SİA-nın xəbərinə görə, görüşdə turizm sahəsində, o cümlədən GUAM-Yaponiya birgə turizm məhsulunun implementasiyası prosesində əməkdaşlıq məsələləri və birgə turizm məhsulunun inkişafına dair Fəaliyyət planının yerinə yetirilməsinin gedişi müzakirə edilib.

Regionun cəlbediciliyinin və investisiya fəallığının artırılmasında turizm sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.